“Bahodir Nasimov meydandan qovulmalı idi”
05.12.2010 - 00:08
“Bahodir Nasimov meydandan qovulmalı idi”
“Biz bu matçda nəyə qadir olduğumuzu bir daha göstərdik. Oyunu qələbə ilə başa vura bilərdik. Təəssüf ki, qol imkanlarından istifadə edə bilmədik”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL klubunun kapitanı Aqil Nəbiyev deyib.

Unibank Premyer Liqasının XVI turunun “Neftçi” ilə qalmaqallı görüşü barədə fikirlərini bildirən Nəbiyev rəqib futbolçuların kobudluğundan gileylənib: “Oyun daha baxımlı alına bilərdi. Buna isə “Neftçi”nin bəzi futbolçuları tez-tez qaydanı pozmaqla mane oldu. Xüsusən, Bahodir Nasimovun kobudluğunu qeyd etmək lazımdır. O hələ ilk dövrənin oyununda da mənə, Usim Nduka və Viktor İgbekoyiyə qarşı kobudluq etmişdi. Elə indi də Bahodir öz əməllərindən əl çəkmədi. İlk hissənin əvvəllərində ayağı ilə məni qəsdən vurdu. Bu epizoda görə o meydançadan qovulmalı idi. Lakin hakim heç ona vərəqə də göstərmədi”.