“Biz “Neftçi”dən çox yaxşı oynadıq”
05.12.2010 - 00:26
“Düzünü desəm, mən rəqibdən daha yaxşı oyun gözləyirdim. Hər halda, lider komandadır. Amma biz onlardan çox yaxşı oynadıq. Qol imkanlarını daha çox biz yaratdıq”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL klubunun futbolçusu Zohair Benouahi deyib.
Unibank Premyer Liqasının XVI turunda “təyyarəçilər” “Şəfa” stadionunda lider “Neftçi” klubunu qəbul etdi. Qolsuz bərabərliklə yekunlaşan görüş daha çox qalmaqalla yadda qaldı. Elə mərakeşli hücumçu da bundan gileylənib: “Biz sonadək mübarizə apardıq. Komandamız qələbəyə layiq idi. Ancaq təəssüf ki, 2 xal itirdik. “Neftçi”nin bəzi futbolçuları meydana bizə qarşı kinli çıxmışdılar. Məni 3 dəfə zədələdilər, ayağım şişib. Ağrılar var. Hər dəfə mənə yaxınlaşanda zərbə yetirirdilər. Hakim isə bütün bunlara göz yumurdu. Ümimiyyətlə, bu hakim bizim “Bakı” və “Gəncə” ilə oyunumuzu idarə edib. Həmin görüşlərdə mənə 2 dəfə yersiz sarı vərəqə göstərib. Özü də həmin oyunlardan sonra klub rəhbərliyinə mənə haqsız olaraq sarı vərəqə göstərdiyini etiraf edib. Bütün bunlara baxmayaraq, bu gün də mənə qarşı edilən kobudluqlara göz yumdu”.
Benouahi “ağ-qaralar”ın özbəkistanlı hücumçusu Bahodir Nasimova da sataşıb: “Hamı onu tərifləyirdi. Düzdür, bir az bacarıqlıdır. Amma mən onda nəsə bir şey görmədim, əsəbləri yerində deyil. Komanda yoldaşlarım Usum Nduka və Aqil Nəbiyevə qarşı etdiyi kobudluqları hələ də başa düşə bilmirəm. Qoy, bunu araşdırıb görsünlər ki, Nasimov meydanda nə işlə məşğuldur. Ona qarşı mülayim davranmasınlar”.
Qeyd edək ki, AZAL – “Neftçi” matçını Elçin Məmmədov idarə edib.

0
0