Hacıyevski üçün qələbə
05.12.2010 - 20:56
“Simurq” klubunun məşqçisi Böyükağa Ağayev ölkə çempionatının XVI turunda “Bakı” üzərində qazanılan qələbədən sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, mütəxəssis səfər qələbəsini klubun baş məşqçisi Qyoko Hacıyevskiyə həsr etdiklərini söyləyib: “Bildiyiniz kimi baş məşqçimiz atasının vəfatı ilə əlaqədar bu oyunda iştirak edə bilmirdi. Komandamız bu qələbəni ona həsr edir. O, böyük insan, böyük məşqçidir. Son oyunlarda lider komandalarla qarşılaşırdıq. Bu oyunların birində qalib gəlməliydik. "Bakı" klubuna qarşıdakı oyunlarda uğurlar arzulayıram”.
Qeyd edək ki, Zaqatala təmsilçisi “Bakı”nı 1:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Zaqatala təmsilçisi “Bakı”nı 1:0 hesabı ilə məğlub edib.
0
0