Azərbaycan yığması böyük hesablı qələbə qazanıb
06.12.2010 - 09:27
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Vəli Qasımovun yetirmələri “Neftçi” klubunun nəzdindəki U-19 komandası ilə qarşılaşıblar. 42 yaşlı çalışdırıcının qeyri rəsmi debüt matçında yetirmələri rəqibini darmadağın ediblər – 4:0. Qolları Azər Abbasov, Ayaz Mehdiyev və Nurlan Novruzov (2 qol) vurublar.
Qeyd edək ki, görüş “Dalğa” istirahət mərkəzinin ərazisində AFFA tərəfindən inşa olunan stadionda keçirilib.
Mənbə: affa.az
Qeyd edək ki, görüş “Dalğa” istirahət mərkəzinin ərazisində AFFA tərəfindən inşa olunan stadionda keçirilib.
Mənbə: affa.az
0
0