Pavel Doroşev birdən-birə 5 qapıçını arxada qoydu
06.12.2010 - 10:10
“Qəbələ” klubunun qapıçısı Pavel Doroşev növbəti quru oyununu keçirib. Apasport.az saytının məlumatına görə, 30 yaşlı futbolçu ardıcıl qol buraxmadığı çempionat oyunlarının sayını 9-a çatdırıb.
Unibank Premyer Liqasının XVI turunun MOİK-lə görüşündə də qapısını toxunulmaz saxlayan Pavel artıq 817 dəqiqədir qol buraxmır. Bununla da o, Azərbaycan çempionatlarının 18 illik tarixinin (1992-2010) ən yaxşı 6-cı nəticəsinə imza atıb. MOİK-lə görüşə qədər siyahıda 12-ci olan latviyalı legioner son 90 dəqiqə sayəsində 6 pilləlik sıçrayışa nail olub. Döroşev 5 qapıçıya məxsus 6 nəticəni üstələyib.
Azərbaycan çempionatları tarixinin ən uzun quru seriyaları
1. Nizami Sadıqov (“Turan”) – 1106 dəqiqə
2. Xalidu Sissoko (“Bakı”) – 985 dəqiqə
3. Xalidu Sissoko (“Bakı”) – 971 dəqiqə
4. Camaləddin Əliyev (“Qarabağ”) – 958 dəqiqə
5. Elxan Həsənov (“Neftçi”) – 943 dəqiqə
6. Pavel Doroşev (“Qəbələ”) – 817 dəqiqə
7. Dmitri Kramarenko (“Karvan”) – 798 dəqiqə
8. Dmitri Kramarenko (“Neftçi”) – 772 dəqiqə
9. Rauf Mehdiyev (“Olimpik”) – 746 dəqiqə
10. Elşən Poladov (“Bakı”) – 744 dəqiqə
11. Nadir Şükürov (“Dinamo”) – 741 dəqiqə
12. Aleksandr Martyoşkin (“Xəzər Lənkəran”) – 735 dəqiqə
13. Kamran Ağayev (“Xəzər Lənkəran”) – 720 dəqiqə
14. Camaləddin Əliyev (“Qarabağ”) – 700 dəqiqə
15. Rauf Mehdiyev (“Olimpik”) – 676 dəqiqə

0
0