Mahir Şükürovun problemi həll olunur
06.12.2010 - 10:53
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovun Rusiyanın “Anji” klubunda problemi həll olunur. Apasport.az saytının məlumatına görə, komandanın baş direktoru Karamutdin Murzayev futbolçulara borcların qaldığını rəsmən etiraf edib.
O bildirib ki, bu məsələ artıq sabah tam həllini tapacaq: “Dekabrın 7-də futbolçular və ümumi heyətlə tam hesablaşacağıq. Klub bütün mövsümboyu oyunçular qarşısında öhdəlikləri yerinə yetirməyə çalışırdı. Bəli, maaşla bağlı borclarımız yaranırdı, ancaq bu, iki aydan çox olmayıb. Nəticə çıxardıb, təcrübə yığacağıq. 2011/12 mövsümündə əlavə sponsorların cəlb edilməsi gözlənilir. Artıq bununla bağlı müəyyən razılaşma var”.
Qeyd edək ki, ötən qış “Anji”yə keçən Mahirin klubla müqaviləsi davam edir.

0
0