4 il sonra, və ya “İnter”in Kaxaber Sxadadze ilə ilk antirekordu
06.12.2010 - 11:25
“İnter” gürcüstanlı baş məşqçi Kaxaber Sxadadzenin rəhbərliyi altında Azərbaycan çempionatında antirekorda imza atıb. Apasport.az saytının hesablamalarına görə, son ölkə çempionu bu mütəxəssislə Premyer Liqada ilk dəfə ardıcıl 2 məğlubiyyət alıb.
Özü də “İnter” həm “Muğan”, həm də “Qarabağ”la səfər oyunlarında eyni hesabla uduzdu (0:1). Ölkəmizdə ilk fəaliyyətinə 2008-ci ilin əvvəlində başlayan Sxadadze həmin vaxt Bakının “Standard” klubunda debütdə belə aqibətlə üzləşdi. Belə ki, gürcü çalışdırıcı II dövrənin ilk turunda səfərdə “Qəbələ”yə 0:1, evdə “İnter”ə 1:2 hesabı ilə yenildi.
Sxadadzenin “İnter”də rəsmi debütündə analoji hal olsa da, bu, daxili yox, beynəlxalq yarışlara təsadüf edib. 2009-cu ilin iyununda komandaya baş məşqçi təyin edilən 42 yaşlı mütəxəssis Avroliqada Slovakiyanın “Spartak” klubuna hər iki oyunda (səfərdə 1:3, evdə 1:2) uduzaraq, mübarizəni dayandırdı. Bundan sonra Premyer Liqada işləri uğurla gedən Sxadadze debüt mövsümündəcə “İnter”lə çempion oldu. O, həmin vaxt ölkə kubokunun yarımfinalında mübarizəni dayandırsa da, dalbadal iki dəfə uduzmadı.
“İnter”in isə çempionatda ardıcıl iki məğlubiyyəti 4 il əvvələ təsadüf edir. Həmin vaxt ukraynalı Yuri Smolyaninovun çalışdırdığı komanda səfərdə XXI tur çərçivəsində aprelin 16-da “Qarabağ”a 0:1 hesabı ilə yenildi. Yeri gəlmişkən, “Qarabağ” bu komanda ilə evdə qələbəsizliklə bağlı sindromu son turda qırdı. “İnter” həmin məğlubiyyətdən 5 gün sonra evdə “Neftçi”yə də həmin hesabla uduzub. Göründüyü kimi, 4 il sonra ardıcıl məğlubiyyətlər eyni hesabla və əcnəbi çalışdırıcıların rəhbərliyi altında olub.

0
0