Yarı mənim, yarı ikimizin - FOTO
06.12.2010 - 12:22
Yarı mənim, yarı ikimizin - FOTO
“Qəbələ” klubunun futbolçusu Deon Barton adını Unibank Premyer Liqasının 2010/11 mövsümünün 2 rekorduna yazdırıb. Apasport.az saytının məlumatına görə, çempionatın XVI turunun MOİK-lə görüşündən sonra yamaykalı hücumçu bir rekord müəyyənləşdirib, digərinə isə şərik olub.

Ötən turun “Simurq”la qarşılaşmasında olduğu kimi, yenə rəqib qapısına 2 qol vuran Barton ardıcıl 2 dubla imza atmağı bacarıb. Bununla da Deon AZAL-ın mərakeşli legioneri Zohair Benouahinin rekordunu təkrarlayıb.

Cari mövsümdə bu oyunçulardan başqa, heç bir futbolçu eyni uğura imza ata bilməyib. Lakin bu tur seriyası qırılan afrikalıdan fərqli, Barton qarşıdakı matçda dubllar seriyasını uzada bilər.

Mərkəzi amerikalı futbolçu son 2 oyunda vurduğu 4 qoldan üçünü penaltidən istifadə etməklə qapıdan keçirib. Bu isə mövsümün yeni rekordudur. Cari çempionatda hələ heç bir futbolçu 3 dəfə 11 metrlik cərimə zərbəsi vurmamışdı.