Premyer Liqada məşqçi istefası
07.12.2010 - 00:04
Premyer Liqaya qayıtdıqdan sonra işləri heç də yaxşı getməyən "Nyukasl" baş məşqçisi Kris Huqtonu vəzifəsindən azad edib. Apasport.az saytının xəbərinə görə, onunla yanaşı, qapıçılarla işləyən məşqçi Paul Barronla da yollar ayrılıb. Klubun rəsmi açıqlamasında bildirilir ki, 51 yaşlı mütəxəssisə xidmətinə görə təşəkkür olunub.
İngilis çalışdırıcı "Nyukasl"da bir neçə ildir işləsə də, baş məşqçi kimi 13 aydır fəaliyyət göstərirdi. Komandasının son 5 oyunda yalnız 2 xal toplaması ona baha başa gəldi.
İngilis çalışdırıcı "Nyukasl"da bir neçə ildir işləsə də, baş məşqçi kimi 13 aydır fəaliyyət göstərirdi. Komandasının son 5 oyunda yalnız 2 xal toplaması ona baha başa gəldi.
0
0