Sadıqov sabiq komandasına qarşı oynamadı
07.12.2010 - 09:29
Sadıqov sabiq komandasına qarşı oynamadı
Türkiyə Superliqasında XV tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son görüşündə Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun şərəfini qoruduğu “Əskişəhərspor” klubu “Kayserispor”un qonağı olub. Türkiyə karyerasını Kayseri təmsilçisində başlamış 28 yaşlı müdafiəçimiz sabiq komandası ilə qarşılaşmada iştirak etməyib.

Oyun ərzində 2 dəfə hesabda irəli çıxan “Əskişəhərspor” qələbəni qoruya bilməyərək 1 xalla kifayətlənib – 2:2. Bu heç-heçədən sonra hesabında 16 xal olan Rəşadın komandası 16 komanda arasında 13-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, “Əskişəhərspor” növbəti oyununu dekabrın 10-da öz meydanında “Beşiktaş”a qarşı keçirəcək.