Poşkus: Bunu faciə də hesab etmirəm – MÜSAHİBƏ
07.12.2010 - 10:27
Bakının “İnter” komandasının futbolçusu Robertas Poşkus klubun rəsmi internet saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, litvalı hücumçu “Qarabağ”la uğursuz oyun, həmçinin ölkə kuboku haqda fikirlərini açıqlayıb.
- Robertas, “Qarabağ”la matçda “İnter”in oyunu alınmadı, ikinci məğlubiyyətə səbəb nə oldu?
- Bununla bağlı onu deyə bilərəm ki, bu, futboldur. Oyunda malik olduğunu heç də həmişə nümayiş etdirmək alınmır. Bizim komanda da yaxşı keyfiyyətlərini nümayiş etdirə bilmədi. Zəif oynadıq, vacib olmayan qol buraxdıq, cavab qolunu bura bilmədik.
- Bu il komandanın hücum potensialı, yumşaq desək, yaxşı vəziyyətdən uzaqdı. Bunu 16 oyunda 13 qolun vurulması da təsdiqləyir. Bunlardan da yalnız 3 qol hücumçular tərəfindən rəqib qapısından keçirilib...
- Bu, təkcə hücumçulardan asılı deyil. Siz harada klub görmüsünüz ki, orada qolu ancaq forvardlar vurub? Müasir futbolda bir futbolçu, kim olmasından asılı olmayaq, təkbaşına çox az nəticə göstərməyə qadirdir. Maradona belə! Sizi əmin edirəm ki, təkbaşına nəyəsə nail olmaq praktiki olaraq mümkün deyil. Bu, komanda oyunudur və vurulmuş qollar yaradılmış kollektiv fəaliyyətin nəticəsidir.
- Sizin sözlərinizdən belə bir sual yaranır, o zaman həmin komanda fəaliyyəti ilə nə baş verdi?
- Biz o qədər xoş olmayan mərhələ yaşayırıq, elə istədiyimiz kimi də oynaya bilmirik. Bunun səbəblərinin nədə olduğunu bilmirəm, lakin eyni zamanda bunu faciə də hesab etmirəm, biz yaranmış vəziyyətdən çıxmaq üçün mütləq yol tapacağıq. Bizim komanda ruhən güclüdür. Biz liderlərdən bir qədər arxada qalmışıq, ancaq bu məsafəni asanlıqla ləğv etmək olar, qarşıda, demək olar ki, mövsümün yarısı var.
- “İnter” çox qol vəziyyətləri yaradır, ancaq onları yerinə yetirə bilmir...
- Futbolda yüz faizlik istifadə olmur. Qol vəziyyətlər yaradılır, bəziləri yerinə yetirilir, bəziləri yox. Çox sayda qol vəziyyətləri yaradırıq, demək də doğru olmazdı. Vəziyyətlər bir, iki, üç dəfə olur, amma bundan artıq yox. Çox qol vurmaq üçün çox sayda vəziyyətlər yaratmaq lazımdır.
- Qarşıda “Şuşa” komandası ilə kubok oyunu var. Oyuna necə hazırlaşırsınız?
- Matça ciddi hazırlaşırıq. Rəqibə hörmət bəsləyirik, amma demək istəyirəm ki, biz bu mərhələni keçməliyik. Bu il Azərbaycan kubokunu qazanmaq üçün böyük şansımız var və bu imkandan istifadə etməliyik.

0
0