Kara, Mircavadov və Rednik
07.12.2010 - 12:05
Unibank Premyer Liqasının XVI turunda Tovuzun “Turan” klubu ilə səfər oyunu “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisinin rumıniyalı çalışdırıcısı iyuldan daşıdığı postunda 10-cu qələbəyə sevinib.
Ölkəmizə gəldiyi gündən “Xəzər Lənkəran”ı 16 oyuna çıxaran Rednik komandada buna nail olan 3-cü baş məşqçisi olub. Belə ki, Lənkəran təmsilçiləri arasında yalnız 2 mütəxəssis - Ağasəlim Mircavadovla türkiyəli Rasim Kara qələbə sayında iki rəqəmli ədədə qədər irəliləməyə nail olub.
Qeyd edək ki, ölkəmizdə çalışmış çoxsaylı əcnəbi mütəxəssislər arasında yalnız 9-u Premyer Liqamızda 10 qələbə səddini aşa bilib. Rednik bu siyahıya daxil olan 10-cu məşqçi oldu.
Mənbə: lankaranfc.com

0
0