Rahid Əmirquliyev yubileyini qeyd etdi
07.12.2010 - 12:45
Azərbaycan yığmasının futbolçusu Rahid Əmirquliyev yubileyini qeyd edib. Apasport.az saytının məlumatına görə, 21 yaşlı yarımmüdafiəçi 5-ci ildir şərəfini qoruduğu “Xəzər Lənkəran” klubunun heyətində milli çempionatda oyunlarının sayını 100-ə çatdırıb.
Bu, Unibank Premyer Liqasının son turunda “Turan”la səfər matçında olub. 2006-cı ilin yayında “Xəzər Lənkəran”a keçən, cari çempionatda bütün oyunların iştirakçısı olan Rahid hazırda da birgə oynadığı Alim Qurbanovla keçmiş komanda yoldaşı Rəşad Abdullayevə bir qədər də yaxınlaşıb.
Qeyd edək ki, Rəşad 115, Alim isə 114 çempionat oyununda “Xəzər Lənkəran”ın heyətində meydana çıxıb.
Rahid Əmirquliyevin “Xəzər Lənkəran”la çempionatımızda keçirdiyi oyunlar
2006/07 mövsümü – 17 oyun
2007/08 mövsümü - 16 oyun
2008/09 mövsümü - 24 oyun
2009/10 mövsümü - 27 oyun
2010/11 mövsümü - 16 oyun

0
0