17 futbolçumuz Ərəbistana yollanır
07.12.2010 - 12:58
17 futbolçumuz Ərəbistana yollanır
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı keçəcəyi məkan dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Bernard Lippertin yetirmələri hazırlıq keçmək üçün Qətərin Doha şəhərinə yollanacaq.

Komandamız dekabrın 10-dan 14-ə qədər Ərəbistan yarımadasına hazırlıq keçəcək. Toplanış çərçivəsində dekabrın 13-də yığmamız Qətərin U-21 komandası ilə yoldaşlıq oyununda qüvvəsini sınayacaq.

Qeyd edək ki, millimiz toplanışa 17 futbolçu - Osman Umarov, Anar Məhərrəmov, Rüstəm Abbasov, Tərlan Quliyev, Qara Qarayev, Emin Cəfərquliyev, Fərrux Rəhimov, Zahid Quliyev, Emin Mustafayev, Mirhüseyn Seyidov, Kamil Nurəhmədov, Eşqin Quliyev, Tural İsgəndərov, Murad Səttarlı, Orxan Həsənov, Ruslan Qurbanov və Səddam Hüseynovla yollanacaq.