Rail Məlikov “Gəncə” ilə oyunda meydana çıxacaq
07.12.2010 - 14:17
“Neftçi”nin müdafiəçisi Denis Silvanın NBC Bank Azərbaycan kubokunda “Gəncə” ilə sabahkı səfər oyununda iştirakında problem yaranıb. Bu haqda apasport.az saytına məlumat verən klubun baş məşqçisi Arif Əsədov bildirib ki, braziliyalı legioner AZAL-la görüşdə zədələnib: “Denis ağrıkəsici iynələrin hesabına oyunu bitirə bildi. Ancaq Silvanın yerinə müdafiənin sağ cinahında Rail Məlikovun oynamağında problem qalmayıb. Rail artıq hazırdır və ötən həftəsonu əvəzedicilərimizin heyətində oynadı. Əsas kapitanımız olan Məlikovun dönüşü “Gəncə” ilə kubok oyununda olacaq”.
Qeyd edək ki, Rail millimizin heyətində oktyabrın 12-də Türkiyə yığması ilə Bakıda 1:0 hesabı ilə qalib gəldiyimiz oyunun ilk hissəsində ağır zədələndi. “Neftçi”də son matçını oktyabrın 1-də AZAL-la ev oyununda keçirən 25 yaşlı müdafiəçi 68 gündən sonra qayıdacaq.

0
0