Dmitri Kruqlov bayramdan kənarda qaldı
07.12.2010 - 14:47
Qətər 2022-ci ildə keçiriləcək dünya çempionatının final mərhələsinə ev sahibi seçilməyini bayram etmək qərarına gəlib. Apasport.az saytının məlumatına görə, bu hüququ yarışdan 12 il əvvəl qazanan ərəblər Estoniya ilə yoldaşlıq oyununda həmin hadisəni lazımınca qeyd etməyi lazım biliblər.
Əvvəlcədən Birləşmiş Ərəb Əmirliklərində keçirilməsi razılaşdırılan matçın Qətərin paytaxtı Dohada baş tutmasına qərar verilməyi də ölkənin seçkilərdəki qələbəsi ilə bağlıdır. Belə ki, ərəblərin xahişi estoniyalılar tərəfindən müsbət qarşılanıb. Baltikyanı ölkə yığması artıq öz heyətini də müəyyənləşdirib.
Azərbaycanda çıxış edən Estoniya yığmasının yeganə üzvü, Bakının “İnter” klubunun yarımmüdafiəçisi Dmitri Kruqlov qətərlilərin bu bayramına çağırılmayıb. Əvəzində müxtəlif vaxtlarda ölkəmizdə top qovmuş Tihon Şişov, Andrey Stepanov və Vladimir Voskoboynikov Ərəbistan yarımadasına gedəcəklər.

0
0