Braziliya çempionu Bakıya gələn futbolçunu transfer edir
08.12.2010 - 10:09
Braziliya çempionu Bakıya gələn futbolçunu transfer edir
26 illik fasilədən sonra Braziliya çempionu olan “Fluminense” klubu mövsümlərarası fasilədə heyətini gücləndirmək niyyətindədir. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Murisi Ramalyo daha çox hücum xəttini gücləndirmək barədə düşünür. Elə bu səbəbdəndir ki, “Fluminense” rəhbərliyi ön xətt oyunçusu axtarışlarına başlayıb və ilk tapıntısı ilə ilkin razılıq əldə edib. Bu, “Qremio Prudente” klubunun hücumçusu Uesli Moraişdir. Bakının “Neftçi” klubunun bu ilin yayında transfer etmək istədiyi gənc futbolçu artıq Braziliyanın ən güclü klubuna keçməyə çox yaxındır.

Qeyd edək ki, yayda ölkəmizə gəlib təmsilçimizlə danışıqları elə Bakıda davam etdirən Uesli müsbət nəticə əldə olunmadığından “Qremio Prudente”yə qayıtmışdı.