Valeri Karpinlə Hacı Hacıyev azərbaycanlı futbolçunu ən yaxşı saydı
09.12.2010 - 12:49
Valeri Karpinlə Hacı Hacıyev azərbaycanlı futbolçunu ən yaxşı saydı
Rusiyanın “Anji” klubunun baş məşqçisi Hacı Hacıyev azərbaycanlı futbolçunu fərqləndirib. Apasport.az saytının məlumatına görə, dağıstanlı mütəxəssis keçirilən sorğuda “Saturn”un yarımmüdafiəçisi Emin Mahmudovu 1-ci yerə layiq görüb.

Bu, Rusiyada ən yaxşı gənc futbolçunun müəyyənləşməsi ilə bağlı keçirilən anket sorğu zamanı olub. Orada yaşı 20-dən çox olmayan futbolçular göstərilməli idi.
Emin Rusiya vətəndaşı olsa da, Lənkəranda doğulub, yığmamızda oynayıb, sonradan ailəsi ilə birgə Moskvaya köçüb. 1992-ci il aprelin 27-də anadan olan həmyerlimiz 116 xalla 3-cü olub. Hacıyevdən başqa, 17 nəfər Emini ən yaxşı gənc futbolçu kimi göstərib.

Onlar arasında “Saturn”dakı çalışdırıcısı Andrey Qordeyevlə yanaşı, Rusiya Futbol İttifaqının vitse-prezidenti Sergey Kapkov, yığmanın sabiq baş məşqçisi Boris İqnatyev, “Spartak”ın baş məşqçisi Valeri Karpin, “Zenit”in məşqçisi İqor Simutenkov, tanınmış rusiyalı şərhçi Vasili Utkin var.