Paytaxt derbiləri təcrübəli hakimlərə tapşırıldı
09.12.2010 - 16:45
Paytaxt derbiləri təcrübəli hakimlərə tapşırıldı
AFFA-nın Hakimlər Komitəsi Unibank Premyer Liqasının XVII turuna təyinat almış hakimlərin adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, turun mərkəzi oyunları təcrübəli hakimlərə tapşırılıb.

Turnir cədvəli baxımından ən böyük maraq kəsb edən “İnter” – AZAL görüşündə FİFA hakimi Fariz Yusifov fit çalacaq. “Neftçi” və “Bakı” arasında görüş isə Rövşən Əhmədova həvalə olunub.

11 dekabr (şənbə)

14:00. "Simurq" - "Qarabağ"
Hakimlər: Əfqan Həmzəyev, Aleksandr Musatkin, Yaşar Abbasov, Teymur Fərhadov
Zaqatala şəhər Olimpiya İdman Kompleksinin stadionu

14:00. "Qəbələ" - "Turan"
Hakimlər: Elçin Məmmədov, Azad Q. Hüseynov, Zeynal Zeynalov, Elvin Əsgərov
Qəbələ şəhər stadionu

14:00. "Muğan" - MOİK
Hakimlər: Vüsal Əliyev, Azad Ə. Hüseynov, Roman Vasilyev, Ceyhun Haşımov
Salyan şəhər stadionu

16:00. "İnter" - AZAL
Hakimlər: Fariz Yusifov, Coşqun Həsənov, Vaqif Musayev, Orxan Məmmədov
"Şəfa" stadionu

16:00. "Xəzər Lənkəran" - "Gəncə"
Hakimlər: Elnur Muradov, Elman Musayev, Munis Abdullayev, Əmrah İbrahimov
Lənkəran şəhər mərkəzi stadionu

18:00. "Neftçi" - "Bakı"
Hakimlər: Rövşən Əhmədov, Mehman Mahmudov, İlham Əliyev, Əliyar Ağayev
Tofiq Bəhramov adına Respublika stadionu