“Anji” yenə Bakıya gəlir
09.12.2010 - 17:33
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovun oynadığı Rusiyanın “Anji” klubu yeni mövsümə hazırlıq planlarını müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, Mahaçqala təmsilçisi mövsümün son hazırlıq hissəsini ölkəmizdə keçirəcək.
Komanda gələn ilin martın 1-də “Zenit”lə evdə ölkə kuboku uğrunda 1/8 final oyunundan sonra Bakıya səfər edəcək. Baş məşqçi Hacı Hacıyev mövsüm öncəsi son təlim-məşq toplanışını martın 4-dən 9-dək paytaxtımızda keçirəcək. Martın 5-də Bakıda yoxlama oyunu keçirəcək “Anji”nin kiminlə görüşəcəyi hələ dəqiqləşməyib.
Şükürovun komandası mövsümə ilk hazırlığı yanvarın 8-dən 17-dək öz bazasında keçirəcək. Bundan sonra üç təlim-məşq toplanışı Türkiyədə olacaq: yanvarın 21-dən 31-dək, fevralın 5-dən 15-dək, 20-dən 27-dək. “Anji” orada 9 yoxlama oyunu keçirməyi planlaşdırır. Həmin görüşlər yanvarın 23-ü, 27-si, 31-də, fevralın 6-da, 9-da, 12-də, 15-də, 22-də, 25-də olacaq.
Qeyd edək ki, “Anji” “Bakı” klubunun dəvəti bu ilin sentyabrın 5-də paytaxtımıza gəlib, ertəsi onunla yoldaşlıq görüşü keçirməli idi. Ancaq Rusiya və Azərbaycan sərhədində ilişib qalan komandanın bəzi futbolçularının sənədləri ilə bağlı problem yarandığından, səfəri baş tutmadı.

0
0