Prinsipial tur: “İnter”, “Xəzər Lənkəran” və “Muğan” qisas üçün alışıb-yanır
10.12.2010 - 11:34
Futbol üzrə Azərbaycan çempionatında sabah növbəti oyunlar keçiriləcək. Apasport.az saytının xəbərinə görə, XVII turun görüşləri cari mövsümdə ilk dəfə eyni gündə baş tutacaq.
Mərkəzi qarşılaşmalar paytaxtda oynanılacaq ki, “Neftçi” – “Bakı” prinsipiallıq, “İnter” – AZAL isə turnir cədvəli baxımından mərkəzi oyun statusunu daşıyır. Üstəlik, “bankirlər”in “təyyarəçilər”lə haqq-hesabı var. Çünki çempion tarixində ən böyük hesablı məğlubiyyətini cari mövsümün I dövrəsində elə “Şəfa” stadionunda AZAL-dan alıb – 0:5. Bu komandaların turnir cədvəlində qonşu olması da prinsipiallığı artırır. Bununla belə, AZAL rəqibini 5 xal qabaqladığı üçün uduzsa belə, turnir cədvəlində 3-cü yerdə qalacaq.
2004-cü ildən bu yana keçirilən “Neftçi” ilə “Bakı” arasında oyunlara maraq həmişə böyük olub. İndi “ağ-qaralar” liderliyini qorumağa çalışırsa, “zolaqlılar” “altılığ”a düşmək uğrunda mübarizə aparır. Qış fasiləsinə 3 ardıcıl çətin oyunla çıxacaq “Bakı” maksimum xal toplamağa çalışmalıdır. Əks təqdirdə, komanda işini daha da çətinləşdirəcək.
Zaqatalada ölkə kubokunda mübarizəni dayandıran komandalar görüşəcək. Bundan sonra bütün diqqətini çempionata yönəltməli olan “Qarabağ” “altılığ”a düşmək, “Simurq” Premyer Liqada qalmaq vəzifəsini yerinə yetirməlidir. Təbii ki, hər iki tərəfin qələbəyə böyük ehtiyacı var. “Qarabağ” autsayderlə görüşsə də, rəqibinin ötən tur “Bakı”nı səfərdə yendiyini unutmamalıdır. Qonaqların baş məşqçisi Qurban Qurbanovun əslən Zaqataladan olması da oyuna əlavə rəng qatır.
Son 11 oyunda uduzmayan “Qəbələ” və bu klubun latviyalı qapıçısı Pavel Doroşevə uğurlu seriyasını davam etdirmək üçün gözəl imkan yaranıb. Hər halda, autsayderdən biri “Turan”a evdə qalib gəlmək, üstəlik, bunu qol buraxmadan etmək realdır. Çempionatda “quru seriyası” 817 dəqiqə olan Doroşev ilk dövrədə “Turan”dan top buraxmayıb. “Qəbələ”nin ingilis baş məşqçisi Toni Adams ilk qələbəsini məhz tovuzlularla görüşdə qazanıb.
“Muğan” üçün MOİK-lə oyunda qələbə prinsipial əhəmiyyət daşıyır. Axı “hərbçilər” cari mövsümdə yalnız “Muğan”ı yenib. Ordu komandası mövsümün startındakı 3:2 hesablı qələbədən sonra 3 xala həsrətə qalıb.
“Xəzər Lənkəran”la “Gəncə” arasında da böyük prinsipiallıq var. Lənkəranlılar cari mövsümdə ilk məğlubiyyətini Gəncədə aldı: özü də böyük hesablı. Həmin görüşdə cəza üzündən iştirak etməyən qapıçı Kamran Ağayevin indi oynamasında problem yoxdur. “Gəncə” kubokdan çıxandan sonra bütün gücünü Premyer Liqaya qoyacaq.
Çempionatda son iki oyunda qalib gələn gəncəlilərin bu seriyanı Lənkəranda davam etdirməsi nə qədər çətin olsa da, turnir cədvəlindəki mövqe buna məcbur edir. Komanda 8-ci olsa da, özündən irəlidə gedən rəqibləri ilə xal fərqi az olduğundan, “altılığ”a düşmək şansını saxlayır.
11 dekabr
14:00. "Simurq" - "Qarabağ"
Hakimlər: Əfqan Həmzəyev, Aleksandr Musatkin, Yaşar Abbasov, Teymur Fərhadov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
İlk dövrədəki oyun – 2:3
14:00. "Qəbələ" - "Turan"
Hakimlər: Elçin Məmmədov, Azad Q. Hüseynov, Zeynal Zeynalov, Elvin Əsgərov
Qəbələ. Şəhər stadionunun ehtiyat meydançası
İlk dövrədəki oyun – 1:0
14:00. "Muğan" - MOİK
Hakimlər: Vüsal Əliyev, Azad Ə. Hüseynov, Roman Vasilyev, Ceyhun Haşımov
Salyan. Olimpiya İdman Kompleksinin stadionu
İlk dövrədəki oyun – 2:3
16:00. "İnter" - AZAL
Hakimlər: Fariz Yusifov, Coşqun Həsənov, Vaqif Musayev, Orxan Məmmədov
Bakı. "Şəfa" stadionu
İlk dövrədəki oyun – 0:5
16:00. "Xəzər Lənkəran" - "Gəncə"
Hakimlər: Elnur Muradov, Elman Musayev, Munis Abdullayev, Əmrah İbrahimov
Lənkəran şəhər mərkəzi stadionu
İlk dövrədəki oyun – 1:4
18:00. "Neftçi" - "Bakı"
Hakimlər: Rövşən Əhmədov, Mehman Mahmudov, İlham Əliyev, Əliyar Ağayev
Tofiq Bəhramov adına Respublika stadionu
İlk dövrədəki oyun – 2:0
Bombardir: Bahodir Nasimov (“Neftçi”) - 14

1 | Neftçi | 16 | 10 | 5 | 1 | 30-7 | 35 |
2 | Xəzər Lənkəran | 16 | 10 | 4 | 2 | 19-8 |
|
3 | AZAL | 16 | 9 | 5 | 2 | 22-8 | 32 |
4 | İnter | 16 | 8 | 3 | 5 | 13-11 | 27 |
5 | Qəbələ | 16 | 7 | 5 | 4 | 16-7 | 26 |
6 | Qarabağ | 16 | 7 | 3 | 6 | 16-12 | 24 |
7 | Bakı | 16 | 6 | 4 | 6 | 22-18 | 22 |
8 | Gəncə | 16 | 5 | 7 | 4 | 23-20 | 22 |
9 | Muğan | 16 | 3 | 5 | 8 | 7-19 | 14 |
10 | Turan | 16 | 2 | 5 | 9 | 13-25 | 11 |
11 | Simurq | 16 | 2 | 4 | 10 | 10-25 | 10 |
12 | MOİK | 16 | 1 | 2 | 13 | 5-36 | 5 |

0
0