“Xəzər Lənkəran”ın futbolçuları üçün əlamətdar oyun
10.12.2010 - 11:59
NBC Bank Azərbaycan kubokunun 1/8 final mərhələsinin “MKT-Araz”la oyunu “Xəzər Lənkəran”ın iki futbolçusu üçün əlamətdar olub. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Ramazan Abbasovla Amid Hüseynov lənkəranlıların heyətində ilk dəfə qol vurublar.
İlk uğurunu qeyd edən yarımmüdafiəçilər “Xəzər Lənkəran”ın formasında qol sevinci yaşayan 63-cü və 64-cü futbolçu olublar. İkinci mövsümdür komandanın sıralarında olan Ramazan yalnız 19-cu oyunda qol hesabını açıb. Amid isə bunu daha erkən bacarıb.
“Xəzər Lənkəran”ın yetirməsi olan gənc futbolçu 5-ci oyununda fərqlənib.
Onlar komandada qol vuran oyunçular siyahısına cari mövsümdə daxil olanların sayını 8-ə çatdırıb. Bunadək Dieqo Ruiz, Elnur Allahverdiyev, Katalin Doman, Konstantin Arbanas, Uinston Parks və Stelian Stanku da “Xəzər Lənkəran”dakı qol hesabını mövsümün əvvəlki 18 görüşündə açmışdılar.
Qeyd edək ki, “Xəzər Lənkəran”da qol vuran 64 futbolçuyla yanaşı, 4 rəqib avtoqol müəllifi kimi komandaya sevinc bəxş edib.

0
0