Azərbaycan yığması Dubayda Moldova ilə görüşə bilər
10.12.2010 - 13:06
Azərbaycan yığması Dubayda Moldova ilə görüşə bilər
Azərbaycan millisi Dubayda təlim-məşq toplanışı çərçivəsində Moldova ilə yoxlama oyunu keçirə bilər. Apasport.az saytının məlumatına görə, Moldova yığması da komandamız kimi gələn ilin yanvarın sonunda Birləşmiş Ərəb Əmirliklərində hazırlıq keçəcək. Üstəlik, moldovalılar da bizim kimi Dubayda Danimarka ilə yoldaşlıq görüşü keçirəcəklər.

Məlum olduğu kimi, yığmamız Birləşmiş Ərəb Əmirliklərində 14 günlük toplanışda 2-3 yoxlama görüşü keçirməyi planlaşdırır. Ancaq Moldova ilə növbəti oyunumuz baş tutsa belə, bu ölkənin yığma futbolçuları həmin görüşün iştirakçısı olmayacaq. Çünki baş məşqçi Qabi Balint ölkədən kənarda oynayan hansısa futbolçunu düşərgəyə çağırmayacaq: “Gələn ildə ilk oyunumuz olan Danimarka ilə yanvarın 27-də Dubayda yoldaşlıq görüşü keçirəcəyik. Həmin oyunda heyətdə yalnız daxili çempionatdan olan futbolçular olacaq. Biz oradakı toplanışa da yalnız Moldova çempionatından oyunçularla gedəcəyik”.