“Gəncə” Lənkərana itkilərlə getdi
10.12.2010 - 14:23
“Gəncə” Lənkərana ciddi itkilərlə yollanıb. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın növbəti turunda sabah “Xəzər Lənkəran”la səfər oyununa çıxacaq gəncəlilər üç əsas futbolçusunun xidmətindən məhrum olub.
Bunlar müdafiəçi Xəyal Mustafayev, yarımmüdafiəçi Ceyhun Sultanov və gürcüstanlı orta sahə oyunçusu Zura Dzamsaşvilidir. Sonuncu cari çempionatda 8-ci sarı vərəqəsini aldığı üçün cəzalı durumdadır. Xəyalla Ceyhunda isə zədə problemi var.
Xüsusilə, Sultanovun yoxluğu diqqət çəkir. Axı 31 yaşlı futbolçu 3,5 il “Xəzər Lənkəran”da oynadıqdan sonra bu yay “Gəncə”yə keçdi. Keçmiş komandasını ilk dövrədə 4:1 hesabı ilə yendikləri görüşdə oyunu ilə qələbəyə töhfə verən Ceyhun “Neftçi” ilə kubok oyununda zədələnib. Bu, ona yaxşı tanış olan Lənkəran publikası qarşısında oynamağa imkan vermir.
Qeyd edək ki, “Xəzər Lənkəran”da zədəlilər artıq xeyli vaxtdır oynamayan braziliyalı yarımmüdafiəçi Dieqo Qusmao ilə nigeriyalı hücumçu Emeka Oparadır.

0
0