“Onu “Xəzər Lənkəran”a yaxşı qiymətə satmaq istəyirik”
13.12.2010 - 10:25
“Mirça Redniklə Rumınıyada olanda görüşmüşük. Çezinyanın keçidini də həmin vaxt müzakirə etdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rumıniyanın “Rapid” klubunun baş direktoru Dinu George deyib.
O, braziliyalı cinah hücumçusu Çezinyanın “Xəzər Lənkəran” klubuna mümkün keçidinə münasibət bildirib: “Lakin onların nə istədiyini hələ də başa düşə bilmirəm. Mən 30 yaşlı futbolçunu satmağa hazıram. Lakin yalnız yaxşı qiymətə. Biz onu başımızdan etmək istəmirik ki, havayı buraxaq. Braziliyalını yaya qədər icarəyə də verə bilərik”.
Rumıniyalı həmkarlarımız “Rapid”in Portuqaliyanın “Braqa” klubundan 600 min avroya transfer etdiyi cənubi amerikalı üçün 1 milyon avro istədiyini bildirirlər.
Qeyd edək ki, hücumçu Rumıniyada ilə 220 min avro qazanır.

0
0