Mirça Rednik: Mən Osman N’Doyedən belə hərəkət gözləmirdim
13.12.2010 - 10:59
Mirça Rednik: Mən Osman N’Doyedən belə hərəkət gözləmirdim
Rumıniyanın “Dinamo” klubunun futbolçusu Osman N’Doyenin “Xəzər Lənkəran”a keçidi baş tutmaya bilər. Apasport.az saytının məlumatına görə, buna digər Buxarest təmsilçisi “Rapid”in seneqallıya daha cəlbedici təklif etməsi səbəb olub.

Ölkə çempionatının 19-cu turundan sonra əksər legionerlər vətəninə yollansa da, Osman keçidini həll etmək üçün Rumıniyada qalıb.

“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik də Buxarestin gecə həyatını sevən afrikalıdan əlini üzüb: “Biz “Dinamo” rəhbərliyi ilə razılıq əldə etmişdik. Lakin futbolçu daha çox pul istəyir. Mən Osmandan bunu gözləmirdim”.

Qeyd edək ki, 32 yaşlı yarımmüdafiəçi Seneqal yığmasında 27 oyun keçirərək 1 qol vurub.