Azərbaycan yığması 2 futbolçusunu itirdi
13.12.2010 - 11:19
Azərbaycan yığması 2 futbolçusunu itirdi
Bu gün təlim-məşq toplanışına başlayan Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, 2 futbolçu komandanın heyətindən çıxarılıb. Bunlar Bakının “Neftçi” klubunun yarımmüdafiəçisi Amit Quluzadə və AZAL-ın müdafiəçisi Aqil Nəbiyevdir. Onların Bakıda keçirilən hazırlıq prosesindən kənar qalması zədəli olmaları ilə bağlıdır.

Mənbə: affa.az