Abramoviç Hiddinki Türkiyə yığmasından aparır
13.12.2010 - 11:42
2 ay öncə Bakıda Azərbaycan yığmasına 0:1 hesablı məğlubiyyət Türkiyə millisinin baş məşqçisi Qus Hiddinkin “kreslosunu laxladıb”. Apasport.az saytının məlumatına görə, bu il “sükanı arxası”na keçdiyi “ay-ulduzlular”dan erkən ayrıla biləcəyi gündəmdə olan hollandiyalı mütəxəssisin Londonun “Çelsi” klubuna qayıdacağı deyilir.
İngiltərənin “Daily Mail” qəzetinin yazdığına görə, “Çelsi”nin rusiyalı sahibi Roman Abramoviç komandanın çıxışından narazı qaldığı üçün italiyalı baş məşqçisi Karlo Ançelottinin fəaliyyətinə son qoymaq istəyir. O, daha öncə təcili ehtiyac duyduğu Hiddinki yenidən sərəncamında görmək fikrindədir.
Abramoviç Hiddinkin müqaviləsi olduğu Türkiyə Futbol Federasiyasını razı salmaq üçün əlindən gələni edəcəyini bildirib. Almaniya və Azərbaycana məğlubiyyətlərdən sonra Avro-2012-nin seçmə mərhələsinə düşmək şansı azalan türklər baş məşqçi dəyişikliyinin zəruri olması haqda xeyli vaxtdır danışır.

0
0