Yalnız “Xəzər Lənkəran”
13.12.2010 - 12:00
Unibank Premyer Liqasının cari mövsümündə öz meydanında məğlubedilməz bir komanda qaldı. Apasport.az saytının hesablamalarına görə, yalnız “Xəzər Lənkəran” doğma publika qarşısında uduzmayıb.
Bu, cənub təmsilçisinin prinsipial rəqibi olan “Neftçi”nin son turda evdə “Bakı”ya 0:2 hesabı ilə uduzmasından sonra reallaşdı. Bunadək 16 turda məhz bu iki komanda evdə məğlubiyyətsiz seriyasını davam etdirirdi.
Ümumiyyətlə, “Xəzər Lənkəran” cari mövsümdə ən son uduzan komanda oldu. Bu, IX turda oktyabrın 17-də “Gəncə”yə böyük hesablı məğlubiyyət zamanı baş verdi – 1:4. Lənkəranlılar cari mövsümdə 2-ci məğlubiyyətini də əyalətdə, II dövrənin ilk turunda “Qəbələ” ilə səfər oyununda aldı – 0:1. “Ağ-yaşıllar”ın evdə sonuncu məğlubiyyəti isə ötən çempionatın axırıncı turunda onu çempionluqdan edən “Bakı”ya 0:1 hesablı yenilgidir.
Cənub klubu hesabındakı 37 xaldan yarıdan çoxunu (23-ü) öz meydanında toplayıb. Evdə “Neftçi”yə (1:0), “Qəbələ”yə (1:0), “Gəncə”yə (1:0), “Muğan”a (2:0), “Turan”a (2:0), “Simurq”a (1:0), MOİK-ə (3:0) qalib gələn “Xəzər Lənkəran” “Bakı” (1:1) və “İnter”lə (0:0) heç-heçə edib. Özü də lənkəranlılar evdəki 9 oyunda yalnız bir qol buraxıb (13-1).

0
0