AFFA xaricdə oynayan futbolçulara müraciət etdi
13.12.2010 - 12:11
AFFA xaricdə oynayan futbolçulara müraciət etdi
AFFA xarici klublarda oynayan soydaşlarımıza müraciət edib. Apasport.az saytının məlumatına görə, assosiasiya milli komandaların şərəfini qorumaq üçün son 2 il ərzində həyata keçirdiyi və bir sıra uğurlu nəticələr əldə etdiyi layihəsini - xarici klublarda oynayan soydaşlarımızın axtarışını davam etdirir.

Bununla əlaqədar AFFA xarici klublarda oynayan Azərbaycan əsilli futbolçulara müraciət edərək, müxtəlif yaş qruplarından ibarət yığma və milli komandada oynamaq arzusunda olduqlarını bildirmələrini xahiş edir. Əsas yığmanın şərəfini qorumaq istəyənlər [email protected] (+99 450 225 91 18), U-21, U-19, U-17, U-15 və U-15 (qızlar) komandalarında oynamaq istəyənlər isə [email protected] (+99 450 225 98 94) ünvanına müraciət edə bilərlər.

Qeyd edək ki, müraciət edən futbolçularla operativ olaraq əlaqə saxlanılacaq və onlar yığma komandaların növbəti toplanışlarına yoxlanış üçün dəvət olunacaq.

Mənbə: affa.az