Unibank Premyer Liqasının antirekordu təkrarlandı
13.12.2010 - 12:54
Unibank Premyer Liqasının antirekordu təkrarlandı
Unibank Premyer Liqasının antirekordu təkrarlanıb. Apasport.az saytının hesablamalarına görə, cari çempionatda 2-ci dəfə turda ən azı qol vurulub.

Bir gündə keçirilən XVII turun 6 oyunda cəmi 8 qol qeydə alınıb. Özü də əyalətdəki 4 oyunda qapılara yalnız 1 qol vurulub. Azarkeşlər yalnız turun mərkəzi oyunlarında, Bakıdakı görüşlərdə (“İnter” – AZAL - 1:1 və “Neftçi” – “Bakı” – 0:2) 2 qol görüb.

Bunadək yalnız oktyabrın son günlərinə təsadüf edən XI turda bu qədər qol vurulmuşdu. İndi heç olmasa bütün oyunlarda qol oldusa, onda bir görüşdə (“Gəncə” – “Qəbələ”) hesab açılmamışdı.

Düzdür, II turda qapılardan 7 top keçmişdisə, onda bir oyun – “Qarabağ” – “Gəncə” görüşü təxirə salınmışdı. Sonradan keçirilən bu matç meydan sahiblərinin böyük hesablı qələbəsi ilə nəticələndi və həmin 3 topu da nəzərə alsaq, turda indikindən çox qol olub.

Göründüyü kimi, bu mövsüm ilk dəfə turun oyunların hamısının bir günə salınması qolların kasadlığı ilə müşahidə olundu.

Cari çempionatımızda turlarda vurulan qollar

I tur – 18 qol
II tur – 10 qol
III tur – 12 qol
IV tur – 11 qol
V tur – 11 qol
VI tur – 12 qol
VII tur – 11 qol
VIII tur – 12 qol
IX tur – 24 qol
X tur – 13 qol
XI tur – 8 qol
XII tur – 11 qol
XIII tur – 11 qol
XIV tur – 11 qol
XV tur – 12 qol
XVI tur – 11 qol
XVII tur – 8 qol