“Bakı” tam heyətlə məşq edə bilmir
15.12.2010 - 12:41
Premyer Liqanın XVIII turunun “İnter”lə qarsilasmasinin hazirligina başlayan “Bakı” klubun bazasında məşq keçir. Apasport.az saytının məlumatına görə, bir günlük fasilənin ardından toplaşan Vinfred Şaferin yetirmələri tam heyətlə hazırlıq keçə bilmirlər.
Belə ki, zədəlilərdən Ernad Skuliç məşqçi Norbert Haunsteinin nəzarəti altında fərdi məşq keçib. Qapıçı Marko Şarliyanın çiynindən zədələnməsi səbəbindən onu əvəzedici komandada olan həmkarı əvəzləyib.
Digər qapıçı Aqil Məmmədov və milliləşən legioner Əziz Quliyev Berti Foqtsun dəvəti ilə Azərbaycan yığmasının düşərgəsinə yollanıblar. Hacı Əhmədovla Rəhman Hacıyev də məşqi kənardan izləyənlər arasında olublar. Buna hər iki futbolçunun əməliyyatdan yeni çıxmasıdır. Onlar bir müddət yaşıl meydanlardan kənarda qalacaqlar.

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0