“Neftçi” “Gəncə” ilə oyunun hazırlığına başladı
15.12.2010 - 13:40
“Neftçi” “Gəncə” ilə oyunun hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, komanda üzvləri gündə bir dəfə olmaqla məşq keçirlər.
Milliyə dəvət olunmuş 6, U-21 yığmasına çağırılmış 4 futbolçu ilə yanaşı, zədəlilər - Flavinyo, Alessandro Viana da Silva və Paulius Qribauskas hazırlıqdan kənarda qalıblar.
Bu gün klubun bazasındakı meydançada keçdiyi məşqdə 21 yaşadək yığmanın düşərgəsindən qayıtmış oyunçular “Neftçi”yə qoşulublar. Milli komandanın heyətindəki 6 futbolçu isə sabahdan düşərgəyə gələcəklər.
Qeyd edək ki, “Gəncə” – “Neftçi” oyunu dekabrın 18-də saat 14:00-da başlayacaq.

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0