Azərbaycan 2010-cu ili FİFA reytinqində 98-ci pillədə bitirdi
15.12.2010 - 14:00
FİFA milli komandaların 2010-cu ildə son reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması ötən ayla müqayisədə 8 pillə geriləyib. İndi komandamız 343 xalla 98-ci pillədədir.
Avropada 44-cü yerdə qərarlaşan milli komandamızın Avro-2012-nin seçmə mərhələsində növbəti rəqibi olan Belçika (526 xal) 5 pillə irəliləyərək, 57-ci yerə yüksəlib. Digər rəqiblərimizdən Almaniya 1 (3-cü yer, 1485 xal), Avstriya 3 (46-cı yer, 569 xal) pillə irəliləyib. Türkiyə yığması (741 xal) 2 pillə geriləyərək, 31-ci yerə düşüb. 1 pillə geriləyən Qazaxıstan millisi (154 xal) 138-ci yerdədir.
Gələn il Dubayda yoldaşlıq görüşü keçirəcəyimiz Danimarka yığması (790 xal) 1 pillə geriləyərək, 28-ci yerə enib.
FİFA-nın reytinqində ilk iki pillə dəyişməz qalıb. Son Avropa və dünya çempionları olan İspaniya yığması (1887 xal) 1-ci, onun mundialın finalında yendiyi Hollandiya millisi (1723 xal) 2-dir.
Qeyd edək ki, FİFA-nın növbəti reytinq cədvəli gələn ilin yanvarın 12-də açıqlanacaq.

0
0