Azərbaycan yığması: Rekorda az qalmışdı
15.12.2010 - 14:39
Azərbaycan yığması: Rekorda az qalmışdı
Azərbaycan yığması FİFA-nın reytinqində ən yaxşı göstəricilərindən birinə imza atdı. Apasport.az saytının hesablamalarına görə, millimizin 1994-cü ildən daxil olduğu reytinqdə ili 98-ci yerdə bitirməsi, tarixində 2-ci yüksək nailiyyətdir.

Komandamız bu dəfə ili 98-ci, 11 il öncə isə 97-ci yerdə başa vurmuşdu. Həmin vaxt yığmamızın baş məşqçisi olan Vaqif Sadıqov hazırkı çalışdırıcı Berti Foqtsun qısa müddətdə köməkçisi olub.

Əslində, yığmamız yeni rekord müəyyənləşdirməyə çox yaxın idi. Çünki son reytinqə kimi 90-cı pillədə idik və bu, tariximizin ən yüksək göstəricisi idi. Ancaq Çernoqoriya ilə səfərdəki yoldaşlıq görüşündəki 0:2 məğlubiyyət bizi 8 pillə geri saldı.

Qeyd edək ki, yığmamız ötən ildəki son reytinqini 16 pillə yaxşılaşdırıb.

Azərbaycan yığmasının FİFA-da dekabr reytinqləri

1994-cü il – 151-ci yer
1995-ci il – 141-ci yer
1996-cı il – 125-ci yer
1997-ci il – 123-cü yer
1998-ci il – 99-cu yer
1999-cu il – 97-ci yer
2000-ci il – 115-ci yer
2001-ci il – 113-cü yer
2002-ci il – 113-cü yer
2003-cü il – 119-cu yer
2004-cü il – 113-cü yer
2005-ci il – 114-cü yer
2006-cı il – 125-ci yer
2007-ci il – 115-ci yer
2008-ci il – 134-cü yer
2009-cu il – 114-cü yer
2010-cu il – 98-ci yer

Mehman SÜLEYMANOV