“Xəzər Lənkəran”ın seçdiyi məkan - FOTOSESSİYA
15.12.2010 - 15:19
“Xəzər Lənkəran” klubunun qış təlim-məşq toplanışı zamanı məskunlaşacağı məkan müəyyənləşib. Apasport.az saytının məlumatına görə, təmsilçimiz Antalyada “Gloria Serenity Resort” otelində məskunlaşacaq.
Bələk şəhərciyində qərarlaşan bu otel mərkəzdən 7 km məsafədə yerləşir. Bu mehmanxana daha çox qolf meydançaları ilə məşhurdur. Otelin müştəriləri pulsuz “Gloria Golf Club”un üzvü ola bilərlər.
Avtobuslar otelin giriş qapısından şəhərin mərkəzi mağazalarına kimi işləyir ki, bu da qonaqların rahatlığına xidmət edir. Bütün otaqlarda internetə giriş və peyk antenaları quraşdırılıb.
Qeyd edək ki, “ağ-yaşıllar” yanvarın 10-dan 26-dək “Gloria Serenity Resort”da toplanış keçəcək.

0
0