Arif Əsədov: 2 oyundan 6 xal toplamalıyıq
15.12.2010 - 15:12
“Son turdakı məğlubiyyətdən sonra zirvədəki yerimizi itirmişik. Çalışacağıq ki, liderliyi yenidən qaytaraq. Bunun üçün əvvəlcə qarşıdan gələn oyunlarda qələbə qazanmalıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.
40 yaşlı mütəxəssis klubun rəsmi internet saytına açıqlamasında Premyer Liqanın XVIII turunun “Gəncə” ilə qarşılaşması haqda fikirlərini bildirib: “Xal ehtiyatımızı daha da yaxşılaşdırmaq üçün iki qarşılaşmadan 6 xal toplamalıyıq. Qarşıdakı oyunumuza gəlincə, Gəncədəki görüşlər həmişə çətin keçir. Buna dekabrın 8-də "Gəncə" ilə keçirdiyimiz kubok oyununda bir daha əmin olduq. Əsas məqsədimiz qalib gəlməkdir. Düzdür, zədəli futbolçularımız var. Bununla belə, komanda oyuna yüksək əhval-ruhiyyədə hazırlaşır. İnanıram ki, "Gəncə"ni kubok oyununda olduğu kimi, bu dəfə də məğlub edəcəyik".

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0