“Son vaxtlar gülünc qollar buraxırıq” – MÜSAHİBƏ
15.12.2010 - 15:46
“İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadzenin müsahibəsi
- Premyer Liqanın hesabat turunda AZAL-la matçda “İnter” yaxşı futbol nümayiş etdirdi, lakin qalib gələ bilmədi...
- Futbolçularımın davranışlarından və oyunlarından razı qaldım. “Muğan”la matçdan fərqli, komanda bu dəfə keyfiyyətli futbol göstərdi. Amma təəssüf ki, bəxt yenə bizim tərəfimizdə deyildi, qalib gələ bilməyimizi də bununla izah edirəm. Amma bu, nə vaxtsa başa çatacaq, bu uğursuzluq bizi tərk edəcək. Ən başlıcası odur ki, futbolçular matçlara AZAL-la oyunda olduğu kimi, qalib gəlmək arzusu ilə və güclərini ortaya qoymaqla çıxsınlar. Hazırlığımıza, oyun təşkilimizə gəlincə, deyə bilərəm ki, “İnter”in bu məsələdə heç vaxt problemi olmayıb. Bizim oyunumuz savadlı təşkil edilir, komanda taktiki cəhətdən yaxşı hazırlıqlıdır. Bunu yaratdığımız qol vəziyyətləri də təsdiqləyir. Təəssüf ki, əvvəllər də dediyim kimi, reallaşdırma ilə bağlı müəyyən iradlarım var. Son zamanlar öz səhvlərimiz ucbatından gülünc və məntiqsiz qollar buraxmağa başlamışıq. Belə mənasız səhvlər buraxılmamalıdır.
- Qarşıda “Bakı” ilə ağır oyun var. Bu qarşılaşmaya hazırlıq necə keçir?
- AZAL-la oyundan sonra bərpa məşqlərini aparmışıq, bərpa prosesini həyata keçirmişik. Birinci gün komanda istirahət etdi. Ona görə ki, 3 matçı keçirilmiş mürəkkəb həftə olmuşdu. İkinci gün komanda 2 məşq keçirdi. Mario Souzanın bərpa olması bizi sevindirir. O, “Bakı” ilə oyuna tam hazırlaşa biləcək. Robertas Poşkusla kiçik problem var. Bir aydır zədəli olan Filip Despotovskinin yoxluğunu da qeyd etməliyəm. “Bakı” ilə qarşılaşmaya ciddi hazırlaşırıq. Rəqib “Neftçi”ilə matçda özünü yaxşı tərəfdən göstərdi. İndi onlar bizimlə qarşılaşmada da qələbə qazanmağa ümid edirlər. Bir sözlə, bizi mürəkkəb, amma eyni zamanda maraqlı oyun gözləyir. Axı hər iki komandada çox sayda yaxşı futbolçular var.
- Bu günlərdə məlum oldu ki, komanda təlim-məşq toplanışını Antalyada keçirəcək. Qrafik barədə və hazırlıq məqsədi haqqında ətraflı öyrənmək istərdik...
- Bəli, bu toplanışı öncədən planlaşdırmışdıq və yanvarın 3-də Antalyaya yollanacağıq. Hazırlıq çərçivəsində 4 qarşılaşma keçirəcəyik, qısamüddətli toplanışın məqsədi “Birlik kuboku”na hazırlaşmaqdır. Bu toplanış keçirdiyimiz toplanışlardan fərqlənəcək. Məşqlərdə oyun komponentlərinə böyük diqqət ayıracağıq.
- “Birlik kuboku” turniri başa çatdıqdan sonra Türkiyəyə qayıtmaq planlaşdırılırmı? Yoxsa bu, komandanın turnirdə göstərəcəyi nəticədən asılı olacaq?
- “Birlik kuboku turnirindəki nəticədən asılı olmayaraq, mütləq Türkiyəyə qayıdacağıq.
- “Simurq”dan icarədən qayıtmış futbolçular komandada qalacaqlarmı?
- Bəli. Onlar komandada qalacaq və mövsümün ikinci hissəsinə hamı ilə birlikdə hazırlaşacaqlar. Bir düzəliş etmək istəyirəm. Paulis Paknisin müqaviləsi başa çatır və onun gələcəyi ilə bağlı məsələ hələlik naməlum qalır. Baçana Sxadadze və Tofiq Mikayılova gəlincə, sizi əmin edirəm ki, onlar “İnter”də qalacaqlar.
inter.az

0
0