“İnter”in rəqibi Kazana gedir
15.12.2010 - 17:07
Rusiyada keçiriləcək “Birlik kuboku”nda Bakının “İnter” klubunun rəqibi olan Tacikistan çempionu “İstiqlal”ın yarışa hazırlıq planı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Düşənbə təmsilçisi turnir ərəfəsində son hazırlığını Kazanda keçirəcək.
Mövsümün başa çatması ilə əlaqədar qısa müddətli fasiləyə yollanan “İstiqlal” məşqlərə dekabrın 20-də başlayacaq. Düşənbədəki hazırlıqlar yeni ilə kimi davam edəcək. Bundan sonra 3 günlük istirahətə buraxılacaq futbolçu və məşqçi heyəti gələn il yanvarın 3-də Rusiyaya yollanacaq. Kazanda təlim-məşq toplanışı keçəcək rəqib orda bur neçə yoxlama oyununda qüvvəsini sınayacaq.
Qeyd edək ki, “İnter” və “İstiqlal” gələn il yanvarın 14-23-də Sankt-Peterburqda keçiriləcək sayca XIX turnirdə A qrupunda mübarizə aparacaqlar.

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0