Rail Məlikov: 3 xal bizə hava-su kimi lazımdır
15.12.2010 - 17:31
“Gəncə” ev oyunlarında çox güclü təsir bağışlayır. Təsadüfi deyil ki, rəqib “Xəzər Lənkəran” və “İnter” kimi komandaları xalsız yola salmağı bacarıb”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Neftçi”nin futbolçusu Rail Məlikova məxsusdur.
Klubun rəsmi saytına açıqlama verən “ağ-qaralar”ın kapitanı bildirib ki, Unibank Premyer Liqasının 18-ci turunda “Gəncə” ilə keçiriləcək oyunda meydana qələbə üçün çıxacaqlar: “Son oyunda “Bakı”ya məğlub olduğumuzdan, Gəncədə 3 xal qazanmaq bizə hava-su kimi lazımdır. Gəncəyə qələbə üçün gedirik və çalışıb onu əldə edəcəyik”.
Qeyd edək ki, “Gəncə” - “Neftçi” oyunu dekabrın 18-də baş tutacaq.

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0