Yaxşı oynadı, “Qarabağ”dan saat qazandı
15.12.2010 - 17:52
Ağdamın “Qarabağ” klubu uşaq futbolunda yeniliyə imza atıb. Apasport.az saytının məlumatına görə, əyalət təmsilçisi bu aydan etibarən aşağı yaş qruplarında fərqlənən uşaqların mükafatlandırılmasını həyata keçirmək ənənəsinə start verib.
Belə ki, əvəzedici, U-17, U-15 komandalarının aylıq toplantısı baş tutub. Tədbirdə klubun direktoru Əmrah Çəlikəl, aşağı yaş qruplarının koordinatoru Həmdi Sərpil Tüzün və komandaların baş məşqçiləri də qatılıblar.
Komandanın baş məşqçilərinin seçimi ilə ən yaxşılar seçilib. Əvəzedici heyətdə ötən ay ən nümunəvi davranışına görə Şahin Hüseynov, ən yaxşı futbolçu kimi isə Kamil Xanıyev təşəkkürnamə alıblar. 17 yaşlılarda isə ən yaxşı oyunçu Tural Rzayev, ən peşəkar Ülvi Rəfizadə, ən çox inkişaf etmiş oyunçu kimi Fərid Baxışov fərqlənib. 15 yaşlılarda isə ən yaxşı peşəkar İsmayıl Paşayev, ən yaxşı oyunçu Elvin Nəsibov seçilib.
Qeyd edək ki, tədbirdə fərqlənən bütün uşaqlara eyni zamanda dəyərli saatlar da hədiyyə edilib.
Mənbə: qarabagh.com

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0