+39
15.12.2010 - 18:00
+39
Azərbaycan millisi Berti Foqtsun baş məşqçi olduğu dövrdə irəliləyişə nail olub. Apasport.az saytının hesablamalarına görə, almaniyalı mütəxəssis 2008-ci ilin aprelin əvvəlindən çalışdırdığı komandayla FİFA-nın reytinqində 39 pillə irəliləyib.

Foqts yığmamıza yeni baş məşqçi təyin olunanda millimiz birdən-birə 18 pillə geriləyərək, 137-ci yerə düşdü. Onun üzərinə düşən vəzifələrdən biri millinin bu pillədən yuxarı qaldırmaq idi.

Debüt ilində həm irəliləyən, həm də geriləyən yığmamızın Foqtsla ən yüksək göstəricisi 133-cü pillə oldu. Baş məşqçi növbəti ildə daha böyük irəliləyiş etdi. Belə ki, millimiz Foqtsla reytinqdə 20 pillə yüksələ bildi.

Bu il də tendensiyanı davam etdirən almaniyalı çalışdırıcı ən əsası, tarixi rekord etdi. Belə ki, yığmamız FİFA-nın reytinqində ən yüksək göstəricisinə imza atdı – 90-cı pillə. Foqtsun dövründə ən aşağı göstəricimiz 142-ci yer olub. Ən böyük irəliləyiş ötən ilin oktyabrında 14 pillə yüksəlməyimizdir. Foqtsun dövründə ən çox 6 pillə geriləmişik. Millimiz Foqtsla 32 ayda, ümumilikdə 39 pillə yüksəlib.

Berti Foqtsun vaxtında Azərbaycan milli komandasının FİFA-dakı reytinqləri

2008-ci il
Aprel – 137-ci pillə
May – 137-ci pillə
İyun – 133-cü pillə
İyul – 139-cu pillə
Avqust – 138-ci pillə
Sentyabr – 138-ci pillə
Oktyabr – 143-cü pillə
Noyabr – 134-cü pillə
Dekabr – 134-cü pillə

2009-cu il
Yanvar – 134-cü pillə
Fevral – 136-cı pillə
Mart – 134-cü pillə
Aprel – 140-cı pillə
May – 142-ci pillə
İyun – 140-cı pillə
İyul – 139-cu pillə
Avqust – 137-ci pillə
Sentyabr – 139-cu pillə
Oktyabr – 125-ci pillə
Noyabr – 116-cı pillə
Dekabr – 114-cü pillə

2010-cu il
Fevral – 114-cü pillə
Mart – 109-cu və 110-cu pillə
Aprel – 110-cu pillə
May – 109-cu pillə
İyul – 106-cı pillə
Avqust – 105-ci pillə
Sentyabr - 102-ci pillə
Oktyabr – 91-ci pillə
Noyabr – 90-cı pillə
Dekabr – 98-ci pillə

Mehman SÜLEYMANOV