Yeni futbolçular milli haqda nə düşünürlər?
15.12.2010 - 19:35
Azərbaycan yığmasının bu gün mətbuat üçün açıq məşqi keçirildi. Apasport.az saytının xəbərinə görə, təlim-məşq toplanışında iştirak edən yeni futbolçulardan Arif İsayev, Samir Zərgərov, Babək Nəbiyev və Andrey Popoviç fikirlərini bildiriblər.
Arif İsayev: “Milli komandada oynamaq hər bir futbolçunun arzusudur. Çox sağ olsunlar bizə güvənib çağırıblar. İnşallah özümüzü ən yaxşı tərəfdən göstərib daimi milliyə dəvət alarıq. Millidə daimi olmaq istəyirik. Özümü burada oynamağa hazır hesab edirəm”.
Samir Zərgərov: “İlk dəfədir milli komandaya dəvət almışıq. Bütün futbolçuların ən böyük arzusu millinin şərəfini qorumaqdır. Biz də əlimizdən gələnin artığını etməliyik ki, milli komanda yaxşı nəticələr əldə etsin”.
Babək Nəbiyev: “Sonuncu klubum Barnaul şəhərini təmsil edən “Dinamo” komandası olub. Ondan əvvəl, Moskvanın “Nika” komandasında çıxış etmişəm. Müqaviləm başa çatdığından hazırda klubsuzam. Ampulaca mərkəz yarımmüdafiəçisiyəm. Milli haqda ilkin təəssüratlarım çox yaxşıdır”.
Andrey Popoviç: “Komandada əla əhval-ruhiyyə var. İlk dəfə dəvət olunmağıma baxmayaraq, millidə qalıcı olmaq istəyirəm. Əlbəttə bunun üçün çox çalışmalıyam, məşqçinin etimadını qazanmalıyam”.

0
0