Çempiondan “Bakı”ya ağır zərbə - YENİLƏNİB
18.12.2010 - 18:52
Bu gün Unibank Premyer Liqasında XVIII tura start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günü liderlərin qələbələri ilə əlamətdar olub.
Turun ilk qarşılaşmasında “Qarabağ”la “Muğan” üz-üzə gəlib. Meydan sahibləri 2 cavabsız qol vuraraq, ardıcıl 3-cü qələbəsini qazanıblar. Rəşad Sadiqov çempionatda 4-cü dəfə fərqlənibsə, Vüqar Nadirov yarışda ilk dəfə rəqib qapısına yol tapıb.
Gəncəyə səfərə çıxan “Neftçi”nin işi asan olub. Burada eyni adlı komanda bakılılara yalnız 37 dəqiqə müqavimət göstərib. İlk dövrədə olduğu kimi, yenə “Gəncə”ni məyus edən Emil Mpenzanın qolundan ruhlanan qonaqlar fasilədən sonra daha 3 qol vurub. Bu gəncəlilərin cari mövsümdə ən ağır ev məğlubiyyəti olub.
Emil 5, Rəşad Abdullayevlə çempionatın ən yaxşı bombardiri Bahodir Nasimov 4 turluq fasilədən sonra bunu bacarıblar. İqor Mitreski isə Azərbaycandakı qol hesabını açıb.
“Altılığ”a düşmək uğrunda ölüm-dirim mübarizəsi aparan “Bakı” və “İnter” arasında oyun dramatikliyi ilə seçilib. İlk hissəsi qolsuz bitən matçın əsas hadisələri fasilədən sonra yaşanıb. Dünya futbolunda nadir hallarda təsadüf olunan olay da bu qarşılaşmaya təsadüf edib.
Belə ki, “Bakı”nın fransalı müdafiəçisi Stefan Borbikoni əvvəl hesabı açıb, sonra isə öz qapısına qol vurmaqla, hesabı bərabərləşdirib. Bundan ruhlanan son ölkə çempionu daha 1 qol vuraraq, kimin güclü olduğuna aydınlıq gətirib. Rəqibin əzmkar qələbəsi meydan sahiblərinin də əsəblərini tarıma çəkib. Bunun nəticəsi olaraq, təcrübəli Vadim Borets Azərbaycan karyerasında növbəti qırmızı vərəqəsini alıb.
Çempionatın lideri “Xəzər Lənkəran”ın oyununun da taleyini müdafiəçi həll edib. Albaniyalı Elvin Beçirinin dublu ilə “hərbçilər”in müqaviməti qırılıb. Bununla da “Xəzər Lənkəran” liderliyini qoruyub.
18 dekabr
13:00. "Qarabağ" - "Muğan" - 2:0
Qollar: Rəşad Sadiqov 40, Vüqar Nadirov 58
Hakimlər: Ceyhun Haşımov, Elşən Acalov, İlham Əliyev, Anar Salmanov
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
İlk dövrədəki oyun – 0:0
14:00. "Gəncə" - "Neftçi" - 0:4
Qollar: Emil Mpenza, 40, İqor Mitreski, 70, Rəşad Abdullayev, 83, Bahodir Nasimov, 90
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Azər Əsgərov, Orxan Məmmədov
Gəncə. Şəhər stadionu
İlk dövrədəki oyun – 2:6
16:30. "Bakı" - "İnter" - 1:2
Qollar: Stefan Borbikoni, 51, - Stefan Borbikoni73 -öz papısına, Çervenka, 81
Qırmızı vərəqə: Vadim Borets
Hakimlər: Vüsal Əliyev, Yaşar Abbasov, Ramiz Əsədov, Elçin Məmmədov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk dövrədəki oyun – 0:1
17:00. MOİK - "Xəzər Lənkəran" - 0:2
Qollar: Elvin Begiri, 27, 39
Hakimlər: Rauf Cabbarov, Aydın Ələkbərov, Rza Məmmədov, Teymur Fərhadov
Bakı. "Şəfa" stadionu
İlk dövrədəki oyun – 0:3
19 dekabr
14:00. "Turan" - "Simurq"
Hakimlər: Ramil Diniyev, Habil Əliyev, Mehman Mahmudov, Elvin Əsgərov
Tovuz. Şəhər stadionu
İlk dövrədəki oyun – 2:2
14:00. AZAL - "Qəbələ"
Hakimlər: Rövşən Əhmədov, Munis Abdullayev, Mübariz Haşımov, Əliyar Ağayev
Bakı. "Şəfa" stadionu
İlk dövrədəki oyun – 0:0
Bombardir: Bahodir Nasimov (Neftçiİ) - 15.

1 | "Xəzər Lənkəran" | 18 | 12 | 4 | 2 | 22-8 | 40 |
2 | "Neftçi" | 18 | 11 | 5 | 2 | 34-9 | 38 |
3 | AZAL | 17 | 9 | 6 | 2 | 23-9 | 33 |
4 | "İnter" | 18 | 9 | 4 | 5 | 16-13 | 31 |
5 | "Qarabağ" | 18 | 9 | 3 | 6 | 19-12 | 30 |
6 | "Qəbələ" | 17 | 8 | 5 | 4 | 17-7 | 29 |
7 | "Bakı" | 18 | 7 | 4 | 7 | 25-20 | 25 |
8 | "Gəncə" | 18 | 5 | 7 | 6 | 23-25 | 22 |
9 | "Muğan" | 18 | 4 | 5 | 9 | 8-21 | 17 |
10 | "Turan" | 17 | 2 | 5 | 10 | 13-26 | 11 |
11 | "Simurq" | 17 | 2 | 4 | 11 | 10-26 | 10 |
12 | MOİK | 18 | 1 | 2 | 15 | 5-39 | 5 |

0
0