Petar Zlatinova “Mançester Yunaytred”in formasını yenidən geyinməsinə imkan vermədilər
18.12.2010 - 12:45
Bakının “İnter” klubunun futbolçusu Petar Zlatinov İngiltərənin məşhur “Mançester Yunayted” klubunun formasını geymək imkanından məhrum olub. Apasport.az saytının məlumatına görə, buna Unibank Premyer Liqasının təqvimi mane olub.
Məsələ ondadır ki, Petarın məşhur dostu və həmyerlisi, Mançester təmsilçisinin hücumçusu Dimitar Berbatov ardıcıl 3-cü ildir vətənində turnir təşkil edir. Bütün dostlarını bu gün start götürən yarışa dəvət edən Dimitarın atası və qardaşlarının da meydana çıxacağı ənənəvi Milad turnirində Petarın oynaması mümkün olmayıb.
Ən yaxşı qapıçıya Ervin van der Sarın özünün Dimitara bağışladığı orijinal əlcəklərinin veriləcəyi yarışda ən yaxşı bombardirə Berbatovun “Mançester Yunayted”dəki geyimi hədiyyə olunur.
İki il əvvəl turnirin bombardiri olan, ötən il isə bu titulu qardaşı Vladislava uduzan Petar Zlatinovlar ailəsinin uğurlarını davam etdirə bilməyəcək. Bu isə o deməkdir ki, “İnter”in legioneri “Mançester Yunayted”in formasına sahib olmayacaq.

0
0