Virtual rəqiblər
18.12.2010 - 13:24
Avropa Liqasının 1/16 final mərhələsinin dekabrın 17-də keçirilən püşkatması Azərbaycanda çıxış edən 2 futbolçunu üz-üzə qoydu. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının ən yaxşı bombardiri olan Bahodir Nasimovla milli komandamızın üzvü Vaqif Cavadov qitənin ikinci klub turnirində “virtual” rəqiblər olublar.
Məsələ ondadır ki, bu 2 hücumçunun müqavilə ilə məxsus olduğu komandalar 1/16 finalda üz-üzə gələcəklər. Lakin Bahodirlə Vaqif meydanda deyil, yalnız televiziya qarşısında öz klublarını dəstəkləyəcək. Söhbət Rusiyanın “Rubin” və Hollandiyanın “Tvente” klublarının qarşılaşmalarından gedir.
Sənəd üzərində hələ də ruslara məxsus olan Nasimov “Neftçi”yə, “zanbaqlar ölkəsi” təmsilçisi isə Cavadovu “Bakı”ya icarəyə verib. Hər 2 icarə müqaviləsi 1 illik nəzərdə tutulduğundan onların qışda geri dönüb, Azərbaycandan kənarda qarşılaşması mümkünsüzdür.
Əslində, buna onların özləri səbəb olub. Çünki nə Bahodir, nə də Vaqif müqavilə ilə məxsus olduğu komandada heyətə düşüb. Elə bunun nəticəsidir ki, onlar Kazan və Enshededəki görüşlərdə yalnız “virtual” rəqib olacaqlar.

0
0