Niklas Bendtner azərbaycanlı futbolçu ilə komanda yoldaşı ola bilər
18.12.2010 - 13:55
Niklas Bendtner azərbaycanlı futbolçu ilə komanda yoldaşı ola bilər
Gələn ilin əvvəlində Azərbaycan milli komandası ilə yoldaşlıq oyunu keçirəcək Danimarka yığmasının liderlərindən olan Niklas Bendtner klubunu dəyişə bilər. Apasport.az saytının məlumatına görə, İngiltərənin “Arsenal” klubunda çıxış edən hücumçu digər “Dumanlı Albion” təmsilçisi “Everton”un maraq dairəsinə düşüb. Sonuncular Niklası icarəyə götürmək fikrindədirlər. Danışıqların gedişinə əsasən bunun reallaşacağı ehtimal olunur. İcarə baş tutarsa Bendtner artıq 2011-ci ilin yanvarında “Everton”a keçəcək.

Azərbaycan yığmasının və Bakının “Neftçi” klubunun yarımmüdafiəçisi Araz Abdullayev Liverpul təmsilçinə həmin vaxt keçməlidir. Həmyerlimiz bununla da məşhur danimarkalı ilə komanda yoldaşı olmaq imkanı qazanacaq.