Ərəblər Azərbaycanın yolu ilə getmək istəyir
18.12.2010 - 14:52
17 yaşadək qızlar arasında 2012-ci ildə keçiriləcək dünya çempionatının ev sahibliyinin Azərbaycana verilməsi ərəbləri də həvəsləndirib. Apasport.az saytının məlumatına görə, BƏƏ bu yarışın estafetini qəbul etmək istəyir. Belə ki, ərəblər Azərbaycandan sonra baş tutacaq yarışa ev sahibliyi etmək niyyətinə düşüb. Onlar 2014-cü ildə təşkil olunacaq mundialın təşkilatçılığı ilə bağlı FİFA-ya müraciət ediblər.
Qeyd edək ki, Azərbaycanda baş tutacaq dünya çempionatı sayca 3-cü olacaq. BƏƏ istəyinə çatsa 2008-ci ildə Yeni Zelandiya, 2010-cu ildə Trinidad və Tobaqonun qəbul etdiyi yarışın sayca 4-cü meydan sahibi olacaq.

0
0