Unibank Premyer Liqasında biabırçılıq
18.12.2010 - 14:13
Unibank Premyer Liqasında biabırçılıq
Unibank Premyer Liqasının XVIII turu kuryoz hadisə ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, baş verən biabırçılıq “Qarabağ” – “Muğan” oyununda yaşanıb.

Belə ki, qarşılaşmanın birinci hissəsi 45 deyil, 43 dəqiqə oynanılıb. Bu, baş hakim Ceyhun Haşımovun saatındakı problemlə bağlı olub. Televiziya ilə dünyaya yayımlanan qarşılaşmanı izləyənlərin hamısı ilk yarının cəmi 43 dəqiqə çəkməsini görüb.

Baş hakim yalnız fasilədə səhvini başa düşüb və həmin 2 dəqiqəlik borcunu geri qaytarıb. Komandalar fasilədən qayıdan kimi qapıları dəyişmədən I hissənin 2 dəqiqəsini oynadılar və sonra qapıları dəyişdilər.

Bu biabırçılığa qiymət vermək Hakimlər Komitəsinin üzərinə düşür. Matçı izləyənlərin bu biabırçılığa gülməkdən başqa, əlacının qalmadığını isə söyləmək yersizdir.