“Qalatasaray”dan Luçeskuya təklif: Gəl, 5 milyon avro qazan
18.12.2010 - 15:45
Türkiyənin “Qalatasaray” klubunda növbəti baş məşqçi dəyişikliyi gözlənilir. Apasport.az saytının məlumatına görə, uğursuzluq zolağından çıxa bilməyən İstanbul təmsilçisinin rəhbərliyi rumıniyalı Georgi Hacını qovmaq fikrinə düşüb. Komandaya daha təcrübəli mütəxəssis dəvət etmək istəyən klub prezidenti Adanan Polat artıq bu posta namizəd də tapıb.
Bu, əvvəllər “Qalatasaray”la uğurlara imza atan Mirça Luçeskudur. Polat hazırda Ukraynanın “Şaxtyor” klubunda çalışan rumıniyalı ilə telefonla danışdığını da açıqlayıb. O, bildirib ki, Luçeskuya ildə 5 milyon avro maaş təklif edib.
İtaliyada məzuniyyətdə olan mütəxəssis türkiyəlilərə “yox” deyib. Lakin danışıqların sonradan davam etdirılməsinin mümkünlüyünü istisna etməyib. Bu, “Şaxtyor”un Çempionlar Liqasında çıxışını davam etdirməsi ilə bağlıdır. Luçesku komandasını yarıyolda qoymaq istəmir. Polat isə onu inandıra biləcəyinə əmindir. O, Luçeskunun 9 illik fasilədən sonra yenidən “Qalatasaray”ın baş məşqçisi olacağı üçün danışıqların növbəti mərhələsinə ümid edir.

0
0